Vaginizm, Vaginizmin Müalicəsi və Əlamətləri
Vaginizm Nədir?
VAGİNİZM (vajinismus) - cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn özlərindən asılı olmayaraq əzələlərin eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Bu cinsi disfunksiya cütlüklər arası münasibət zamanı istəmədən özünü sıxma (qasılma), ayaqlarını bağlama, partyorunu itələmə, ürək döyüntülərində artma (azalma) kimi hallarla müşahidə olunur. Belə qadınlar ginekoloji müayinə zamanı belə (ginekoloji masaya çıxdığı zaman) çətinlik çəkir və ağrı hiss edəbilirlər.
Adətən bu problem, xanımların psixolojik vəziyyətləri ilə bağlı olub, özünütəlqinlə beyinlərində yaratmış olduqları qorxulardan (qanama, şiddətli ağrı və s.) formalaşır. Bu zaman onlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar. Hətta bəkarət pərdəsi haqqında səhv məlumatlar, cinsi travmanın olması, cinsi təcavüz, cinsi münasibətlə əlaqəli anormal düşüncələr də vaginizmə səbəb olabilər. Araşdırmalar göstərir ki, hətta belə qadınlar ailəli olsalar da illərlə partnyorları ilə cinsi əlaqədə olmurlar. Bir çoxları isə hətda bilmirlər ki, bu əlamətlər vaginizmin əlamətləridir. Vaginizmin törətdiyi fəsadlar qadının psixologiyasını pozur, bütün qadınlardan fərqli olduğunu - bir əskiyinin olduğunu düşünür, özünə güvənini itirir və ciddi ailə problemləri yaşayır. Hətta hər hansı bir hadisədən sonra, normal cinsi istəkləri olan ailəli xanımlarda da vaginizm ola bilər. İlk doğuşdan sonra və ya hər hansı travmatik hadisə vaginizmə səbə ola bilər. Beləliklə biz vaginizm nədir sualına cavablandırmağa çalışdıq. İndi isə vaginizm haqda digər məlumatları sizinlə bölüşəcəyik.
Vaginizm müalicəsi necə aparılır?
Vaginizm xəstəliyi sadəcə ginekoloji deyil, eyni zamanda psixolojik xəstəlikdir. Xəstəliyin əlamətlərindən biri də, cinsi orqana toxunma ilə bağlı olduğu üçün, ilkin olaraq pasientlərimizi ginekoloji müalicə etmirik. Müalicəyə ilkin olaraq intim bölgəyə vizual müayinədən (gözlə baxış) başlayır, pasientin psixoloji travmalarını öyrənilir və bir neçə testlə müalicə proseduru həyata keçirilir. Pasiyentlərə əminliklə deyə bilərik ki, bu vaginizmin müalicəsi tamamilə ağrısız və qorxusuz keçirilir.
Vaginizm neçə seansa həll olunur?
İlk öncə qeyd edək ki, vaginizmin müalicəsi tam mümkündür. Bu xəstəliyi yaşayan xanımlarda bu əlamətlər şiddətinə görə dəyişik formada özünü təzahür etdirir. Kiçik formalı vaginizmlərdə 3 seansa problem həllini tapır. Lakin daha şiddətli viaginizm hallarında bu prosedurların sayı arta bilər. Həkim müayinəsindən sonra seans müddəti xəstəyə bildirilir. Düzgün aparılan vaginizm müalicəsindən sonra vaginizm bir daha təkrarlanmır.
Vaginizmin yanlış müalicəsi nədir?
Təəsüflər olsun ki, bəzən vaginizmlə bağlı yanlış prosedurlar həyata keçirilir. Xanımlar birmənalı olaraq bilməlidirlər ki, qızlıq pərdəsi əməliyyatı, ümumi anesteziya ilə cinsi münasibət yaşatmaq, lokal keyləşdirici kremlərdən istifadə etmək, müxtəlif lazımsız dərman pereparatlarından istifadə etmək kimi xətalı prosedurlar, problemi həll etmir. Əksinə sonradan daha da ciddi fəsadlara səbəb olur. Bəzəndə bu xəstəliyi yaşayan xanımlar, həkimə müraciət etməkdən çəkinərək ev şəraitində qeyri tibbi üsullarla problemin həll etməyə çalışırlar, vaginizm nədir ki, öhdəsindən gələrik deyirlər. Bu isə xəstəliyin həll olunmasına deyil, daha da şiddətlənməsinə və qalıcı fəsadlar törədilməsinə gətirib çıxarır.
Bəs nə etməli?
Əziz xanımlar ilk öncə bildirməliyik ki, vaginizmin müalicəsi ancaq düzgün və vaxtında aparılan müayinə ilə həll olunur. Xəstəliyin həll olunması prosedurunun düzgün aparılması üçün hər bir xanıma individual yanaşma əsas məsələlərdən biridir. Baku Medikal Plazanın mama – ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Aslanova vaginizm problemlərinizi qısa müddətdə və tam zəmanətlə həll edəcəkdir.
Vaginizm – müalicəsi mümkündür!
Xüsusilə yeni evlənən cütlüklərinin həyatına ciddi şəkildə təsir edən vaginizm cəmiyyətimizdə kifayət qədər düzgün məlumatın olmadığı bir problemdir. Vaginizm evli olduğu halda cütlüklərin cinsi münasibətə girə bilmədiyi və nəticədə bir çox ailələrin dağılmasına səbəb olan narahatlıqdır. Bir çox cütlüklər yaşadıqları bu vəziyyətin nə olduğunu bilmədiyi üçün və ya bu problemin həlli barədə məlumatları olmadığı üçün çıxış yolu tapa bilmilər.
Vaginizm cinsi münasibətə girmə qorxusu olaraq bilinir. Yəni qadın istəmədən vagina girişindəki əzələlər sıxılaraq cinsi münasibəti əngəlləyir və ya ağrılı cinsi münasibət olacağını zənn edərək münasibət yaşanılmır. İki tərəfin də rahat olmadığı bu münasibət şəkli dəfələrlə dəyişdirilməyə çalışılsa da (bir çox hallarda düzgün olmayan metodlarla dəyişdirilməyə çalışılır), nəticəsi olmur. Əslində ortaya çıxan vəziyyətin qısa xülasəsi belədir: vaginizm penis-vagina birləşməsinə qadın bədəninin və ruhunun rədd etmə reaksiyasıdır.
Vaginizm qadının “birdən ağrılı-acılı, qanamalı olarsa” düşüncəsiylə ortaya çıxan stress, qorxu, təşviş hissi ilə özünü qoruma refleksi olaraq yaşanılır. Vaginizm yaşayan qadınlar üçün ən əhəmiyyətli anlayışlardan biri də kontrolsuzluqdur. Yəni qadın kontrolun və ya nəzarətin özündə olmasına ciddi ehtiyac duyur. Vaginizmdə kontrolsuz şəkildə ortaya çıxan bu qasılmalar bəzən toxunuşla, bəzən cinsi münasibəti xəyal edərkən, bəzən keçmişdə olan travmatik bir hadisəni xatırlayarkən, bəzən tampon, penis və ya qadının öz barmağının vaginaya yaxınlaşması ilə ortaya çıxa bilər. Əgər qadın həyatında ilk dəfə belə halla üzləşsə, sonra refleks olaraq ortaya çıxır və kontrol qadının əlində olmur. Kontrolsuzluq duyğusunu artıran digər ən əhəmiyyətli tərəf penisin vaginaya girmə prosesidir. Yəni qadın cinsi münasibətdə kontrolun onda olmadığını düşünür və zərər görəcəyinə dair fikirlər yaşayır. Vaginizm yaşayan qadınlar ginekoloji müayinədən çəkinirlər ki, bunun da səbəbi kontrolun əslində onlarda olmamasına dair düşüncəyə sahip olmalarıdır.
Vaginizmli qadın cinsi münasibətdə olacağı zaman qasılaraq ayaqlarını bağlayar, partnyoru itələyərək ciddi şəkildə qorxu və təşviş yaşayar. Bəzi qadınlar bu hallarda özündən gedə bilər. Hər dəfə cinsi münasibətə girmək istəsə də, əvvəlki təcrübəsinin təsiri ilə daha çətin və ağrılı cinsi münasibət yaşayır, ya da heç yaşamır. Nəticədə həll olmayan bir proses təkrarlanır. Vaginizmdə yaşanılan qorxu və təşviş hər hansısa gerçəkliyə əsaslanmaz, əslində sonradan öyrənilmiş və səhv vasitələrlə möhkəmlənmiş duyğu və düşüncələrdir. Terapiyada cütlüyə gerçək olmayan bu düşüncələr yenidən düzgün şəkildə öyrədilir. Cütlüyün vaginizmin müalicəsinin birlikdə həll edə biləcəklərinə dair inamları ən əsas dəstək faktorudur.
Vaginizm haqda aparılan tədqiqatlar onu göstərir ki, vaginizm yaşayan qadınlar əsasən psixoloji səbəblərə görə bu problem yaşayırlar. Cinsi münasibət zamanı ağrıya səbəb iltihablaşmalar, infeksiyalar, kistlər, quruluq, genital bölgədə olan anormallıqlar kimi fiziki səbəblər də ola bilər. Amma yuxarıda da qeyd etdiyimiz kimi, vaginizmin əsas səbəbi psixoloji faktordur. Aşağıdakı psixoloji səbəblərə görə vaginizm yaşanıla bilər. Bunlar: cinsi münasibətlə əlaqəli səhv məlumatlar, keçmişdə yaşanılan cinsi istismar, qızlıq pərdəsinə aid səhv məlumatlar, hamilə qalma qorxusu, cinsi münasibətin ağrılı-acılı olacağına dair qorxu, cinsi münasibətlərin pis və günah olduğuna dair inanc, cinsi münasibətlər haqqında miflər, uşaqlıq dövründə şokedici cinsi münasibət görüntüsünə məruz qalmaq, partnyora aid güvən əksikliyi, qadın olmanın rədd edilməsi, cinsi münasibətdən və cinsi orqandan iyrənmə, öz bədəni haqqında neqativ dəyərləndirmə, tələskən partyorun olması, cinsi münasibətlə əlaqəli az bacarıqların olmasıdır.
Vaginizmin ortadan qaldırılmasında hədəf sadəcə fizioloji simptomların ortadan qaldırılması olmamalıdır. Qadının cinsi münasibəti necə mənalandırması cinsi münasibəti ya həzli, ya da zövqsüz hala gətirir. Cinsi münasibətlər üzrə terapevtlər vaginizm kimi problemlərdə sadəcə fizioloji simptomların yox, eyni zamanda duyğu və düşüncələrin də yenidən inşasına nail olurlar ki, bu, vaginizm üçün ən dolğun həll yoludur. Sadəcə vaginaya hər hansı bir şəkildə penis və ya başqa bir vasitənin soxulması hədəf olmamalı, əsas hədəf qarşılıqlı zövq alınan bir münasibətin yaşanılması olmalıdır. Ona görə də əvvəlcə psixoloji əngəllər, sonra fiziki simptomlar ortadan qaldırılmalıdır. Vaginizm problemi olan cütlük əvvəlcə psixoloji cəhətdən münasibətə hazır hala gəlməli, sonra gözəl sevişmə sənətini öyrənərək bir daha belə problemin yaşanılmasını əngəlləməlidirlər. Əgər sevgi və həzz hədəfli cinsi münasibət üçün vaginizm ortadan qaldırılsa, sonradan ortaya çıxa biləcək cinsi istəksizlik, orqazm ola bilməmək kimi problemlər də əvvəlcədən əngəllənmiş olar.
Vaginizmin müalicəsində 5 əsas addım!
1. Addım - vaginizm nədir anlayışı: ilk addım pasientlə düzgün kommunikasiya qurub vaginizmə səbəb olan (cinsi ağrı, daralma, yanma həssaslığı və s.) problemlərini müəyyən eeetməklə başlayır...
2. Addım – pasientin cinsəl yaşantı tarixini nəzərdən keçirmək və müalicə strategiyası müəyyən etmək: bu mərhələdə xanımlarda vaginizmə səbəb olan, cinsəl həyatına mənfi təsir edən problemi aşkarlamaq və ona görə vaginizmin müalicə strategiyasını seçməkdən ibarətdir.
3. Addım – xanımlara cinsəl anatomiyaları haqqında məlumat vermək: vaginizmdə əsas problemlərdən biri, xanımların öz cinsi anatomiyaları haqqında və bu orqanların funksiyaları barədə əksik və yanlış məlumata sahib olmaları ilə bağlıdır. Bu mərhələdə problemlər aradan qaldırılır.
4. Addım - vagina daralması və intim əzələlərin (pelvik döşəmə əzələləri) gimnastikası: xanımlarda cinsi ağrı və girişdə çətinlik (penisin vaginaya daxil olduğu zamanda) pelvik döşəmə əzələlərinin məcburi şəkildə daralması ilə əlaqədardır. Bu addımda ağrıları azaltmaq və giriş çətinliyini aradan qaldırmaq üçün pelvis əzələlərini necə müəyyənləşdirmək, idarə etmək və intim əzələlərin gimnastikası öyrədilir.
5. Addım – cinsi təmas və intim münasibətlə bağlı texnikalarının öyrədilməsi: bu mərhələdə xüsusi üsullarla normal cinsi təmas və vaginaya ağrısız giriş texnikaları öyrədilir. Beləliklə, vaginizmin müalicəsi proseduru başa çatır.
Xoşbəxt ailə həyatınızı peşəkarlara etibar edin və sağlam olun!