Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Aslanova Rəxşəndə Aydın qızı 22 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-1998-ci illərdə Bakı şəhəri, Yasamal rayonu 20 nömrəli orta məktəbdə təhsil almışdır. 1998 -ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən həyata keçirilən imtahanda 612 bal toplayaraq  Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. 2004-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2005-ci illərdəTürkiyə Cümhuriyyəti, Ankara Numune Eğitim və Araştırma Xəstəxanasında normal və riskli hamilələklər, ginekoloji onkologiya, menapauza, sonsuzluq, ginekoloji urologiya və ultrasonoqrafiya üzrə təhsilini davam etdirmişdir. 2005-2006-ci illərdə Mərkəzi Klinik Xəstəxanada mama-ginekoloq vəzifəsində çalışmışdır. 2007-2010-ci illərdə Azər-Türk Med hospitalının “Tüp Bebek Merkezi”ndə mama-ginekoloq vəzifəsində çalışmışdır.

2010-cü ildə Türkiyə Cümhuriyyətinin “Tıpta Uzmanlık Sınavı”nı uğurla keçib 2010-2014-ci illərdə Trakya Üniverstiteti Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğum Bölümündə uzmanlıq təhsili almışdır. 2013-cü ildə Uzmanlıq təhsili çərçivəsində Amerika Birləşmiş Ştatları, Klivlend Klinikasında Laparoskopiya, Robotik cərrahiyə və Uroloji Ginekologiya sahələrində təhsil almışdır. 

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.

2014-cü ildən bu günə qədər "Baku Medikal Plaza" klinikasında mama-ginekoloq, cərrah vəzifəsində çalışmaqdadır.

Müxtəlif elmi konfrans və simpoziumların, ixtisasartırma və dərəcələndirmə kurslarının iştirakçısıdır, eyni zamanda11 elmi əsərin müəllifidir. 

Müxtəlif mətbu orqanlarda ginekologiya və müasir tibbin yeni nəaliyyətləri ilə bağlı elmi - publisistik yazıları dərc olunmaqdadır.

2013-cü ildən “Türkiyə Mama Ginekoloqlar Cəmiyyəti”nin üzvüdür.

Ailəlidir. 2 övladı var.

 

Xronoloji CV:

Doğum tarixi və yeri:

  • 22 dekabr 1981 –ci il.

  • Bakı şəhəri.

Təhsili:

  • 2017 -ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır.

  • 2013-cü ildə Amerika Birləşmiş Ştatları, Klivlend Klinikasında Laparoskopiya, Robotik cərrahiyə və Urolojik Ginekologiya sahəsində təkmilləşdirmə kursu keçmişdir..

  • 2010-cü ildə Türkiyə Cümhuriyyətin Tıpta Uzmanlık Sınavını uğurla keçib 2010-2014-cü illərdə Trakya Üniverstiteti Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğum Bölümündə uzmanlık təhsili almışdır.

  • 2004-2005-ci illərde Ankara Numune Eğitim və Araştırma Xəstəxanasında normal və riskli hamilələklər, ginekolojik onkologiya, menapauza, sonsuzluq, ginekolojik urologiya və ultrasonografiya üzrə təhsil almışdır.

  • 2004 –cü ildə Azərbaycan Tibb Universitetinin mamalıq – ginekologiya ixtisasından məzun olmuşdur.



İştirak etdiyi kurslar:

  • Reproduktiv Sağlamlıq və Sonsuzluq. TSRM. Antalya. Noyabr 2018.
  • Advanced 3D course in Ob-Gyn Ultrasound. İSUOG. Vienna. İyul 2017.

  • 25th European Congress of Obstetrics and Gynecology. Antalya. İyun 2017.

  • Vajinismus Workshop. Cinsel Sağlık Enstitüsü Derneği. İstanbul. İyun 2017.

  • Cinsel Terapi Eğitimi Vajinismus Terapisi. Uyqulamalı Psikoloji Enstitüsü. İstanbul. May 2017

  • Bilimsel Araştırma ve Yayın Etiği Kursu. Trakya Üniversitesi Tıp Fakültesi Tıp Etiği ve Tarihi Anabilim Dalı. Fevral 2014.

  • Temel Laparoskopi Becerileri Kursu. Yeditepe Üniversitesi Hastanesi Kadın Hastalıkları ve Doğum Anabilim dalı. Aprel 2013.

  • Fetal Ekokardiografi Kursu. Maternal-Fetal Tıp ve Perinatoloji Derneği. Aprel 2012.

  • Bulaşıcı Hastalıkların İhbarı ve Bildirim Sistemi. T.C. Edirne Valiliği Halk Sağlığı Müdürlüğü. Aprel 2012.

İştirak etdiyi konfrans və simpozyumlar:

  • Maternal-Fetal Tıp ve Perinatoloji Derneği. 1. Kadın Doğum Günleri. Trakya Üniversitesi Tıp Fakültesi. Edirne. Aprel 2014.

  • Ulusal Jinekoloji ve Obstetrik Kongresi. TJOD. Antalya 2014.

  • Uludağ Jinekolji ve Obstetri Kış Kongresi, Uludağ, Mart 2013.

  • Pelvik Taban Rehabilitasyon Sempozyumu. Trakya Üniversitesi Tıp Fakültesi. Edirne 2011.

Elmi əsərləri:

  • “Minimally invasive hysterectomy for benign indications”, Minerva Ginecol. 2014 Feb;66(1):13-21.

  • “Occipital Encephalocele: A Case Report”, International Journal of Basic and Clinical Medicine. 2014 Dec. (In press).

  • “Sezaryen esnasında myomektomi yapalım mi?”, 12. Ulusal Jinekoloji ve Obstetrik Kongresi. TJOD 2014

  • “Myomektomi sonrası gebelik sonuçları: iki vaka sunumu”, 12. Ulusal Jinekoloji ve Obstetrik Kongresi. TJOD 2014

  • “Congenital esophageal atresia and tracheoesophageal fistula associated with normal size stomach and polyhydroamnios: the role of ultrasonography”, Uludağ Jinekolji ve Obstetri Kış Kongresi, Uludağ, Mart 2013.

  • “Undiagnosed systemic lupus erythematosus mimicking early onset severe preeclampsia with normal fetal outcome”, 11. Ulusal Jinekolji ve Obstetri Kongresi, Antalya, May 2013.

  • “İncebarsak mezosunda RİA: nadir bir olgu”, 11. Ulusal Jinekolji ve Obstetri Kongresi, Antalya, May 2013.

  • “Intrauterine device in small bowel mesenterium: a rare case report”, Medical Bulletin of Zeynep Kamil. 2013: 44 (4).

  • “Evre I endometrium kanserinde komprehensiv cerrahinin sürviye katkısı”, 13. Ulusal Jinekolojik Onkoloji Kongresi, Antalya, Kasım 2012.

  • “Endometrium kanserli hastalarda myometrial invazyon, LVSI ve lenf nodu tutulumunun rekkürense etkisi”, 13. Ulusal Jinekolojik Onkoloji Kongresi, Antalya, Kasım 2012.

  • “Endometrium kanserli hastalarda lenf nodu disseksiyon genişliği ve tutulum oranlarının rekkürense etkisi”, 13. Ulusal Jinekolojik Onkoloji Kongresi, Antalya, Kasım 2012.

Əmək fəaliyyəti:

  • 2005 – 2006 –ci illərdə Mərkəzi Klinik Xəstəxanada mama-ginekoloq vəzifəsində çalışmışdır.

  • 2007 – 2010 –ci illərdə Azər – Türk Med klinikası, Tüp Bəbək Mərkəzində mama-ginekoloq vəzifəsində çalışmıştır.

  • 2014 –cü ildən Baku Medikal Plaza klinikasında mama-qinekoloq vəzifəsində çalışmaqdadır.

  • 2013-cü ildən “Türk Jinekoloji Obstetrik” dərnəyinin üzvüdür.

Dil bilikləri:

  • Azərbaycan
  • İngilis
  • Rus
  • Türk