Yaxın gələcəkdə hamilə qalmağı planlaşdırıram. Hazırlıqlı olmaq üçün nə etməliyəm?
Bu çox mühüm bir sualdır! Hamillikdən öncə etdiklərimiz hamiləliyinizə təsir göstərə bilər mi?! Düzgün qidalanma, idman hərəkətləri və bol-bol dincəlməyə əlavə olaraq, sağlam bir hamiləlik yaşamaq və doğuş qüsurları olmayan bir körpəyə sahib olmaq üçün 5 əsas məqam var.
- Hər gün 0.4 mq (400 mcg*) fol turşusu almağa başlayın, çünki orqanizminizdə bu mühüm B vitamininin uyğun səviyyəyə çatması müəyyən vaxt alacaq. Bu vitamini hamilə qalmadan əvvəl və hamiləliyin ilk dövrlərində almaq vacibdir, çünki bu qüsurlar, hamiləliyin ilk aylarında, qadınların bir çoxu daha hamilə olduqlarını fərq etmədən yaranırlar.
- Həkiminizlə görüşün və xüsusən rubellanı (məxmərək) yoxlatdırın. Hamiləlikdə risk yaradan infeksiyalara qarşı immunitetinizin olduğundan əmin olun. Əgər sizə təyin edilən bir dərman istifadə edirsinizsə, həkiminizin hamilə qalmağı planlaşdırdığınızın söyləyin.
- Əgər siqaret çəkirsinizsə, alkoqol və ya narkotik maddə istifadə edirsinizsə, ETMƏYİN! Bu maddələr körpənizin sağlamlığını təhdid etdiyi kimi, öz sağlamlığınızı da təhlükə qarşısına qoyar.
- Evdə və iş yerində zəhərli kimyəvi maddələrdən uzaq durun - həşərat dərmanları, solventlər (bəzi təmizlik ləvazimatları və həlledicilər), qurğuşun və civə daxil. Kimyəvi maddələrdən istifadə etmədən əvvəl etiketlərini oxuyun və əgər suallarınız varsa, bunları həkiminizə soruşmaqdan çəkinməyin.
- Əgər pişiyiniz varsa, doğum qüsurlarına səbəb olan toksoplazma daşıyıcısı ola bilər. Əgər mümkünsə, hamiləlik boyunca pişik bəsləməyə ara verin! Bundan başqa, pişiklərin gəzəcəyi sahələrdə iş görərkən və çiy ət tutarkən əlcək taxın.