Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

📌 Hamiləlikdə qidalanma necə olmalıdır?

🌺 Hamiləlik xanımlar üçün ən həssas dönəmdir. Xanımlar bu dönəmi normal başa vurmaq üçün fiziki aktivliyə, stresdən uzaqlaşmağa və təbii ki, qidalanmaya  diqqət edərək keçirməlidirlər.

🌺 Düzgün qidalanma həm gələcək ananın fizioloji tələbatını ödəməli, həm də doğulacaq körpənin sağlam inkişafını təmin etməlidir. 

👍 Hamilə xanımların gündəlik qida rasionunda bir neçə qrupa aid məhsullar mütləq olmalıdır. Bu məhsullar da tərkiblərindəki maddələr baxımından önəmlidir. Məsələn:

🚩 Zülal – bu maddə doğulacaq körpənin formalaşması üçün vacib elementdir. Gündəlik 150 qram ət (mal, qoyun), yaxud balıq, quş əti (dərisiz) və yaxud 2 ədəd yumurtadan bu maddəni əldə edə bilərsiz.

🚩 Karbohidrat – bu maddə əzələlərin və daxili orqanların normal fəaliyyəti üçün vacibdir. Quru meyvələr, düyü, çörək, yarma,  kartof və müxtəlif şəkər tərkibli qidalarla qəbul edilir. Gün ərzində 350-400 qr çox karbohidrat almamalıdır.

🚩 Kalsium – körpənin sümükləri üçün vacib maddədir. Hamilələrdə təqribən gündəlik 1200 mq kalsium ehtiyacı olur. Əsasən süd məhsullarından (süd, kəsmik, qatıq, pendir), az miqdarda da meyvə və tərəvəzdən almaq olar. 

🚩 Yağlar – A, D, E, K vitaminlərinin mənimsənilməsində, baş beynin, sinir sisteminin və bütün embrion hüceyrələrinin inkişafında iştirak edirlər. Keyfiyyətinə əmin olduğunuz, qarğıdalı, günəbaxan və kərə yağı az miqdarda istifadə etmək lazımdır.

🚩 Eyni zamanda hamiləlik dönəmində A vitamin (yerkökü, kahı, göy soğan, şüyüd, pomidor, turşəng, ərik, itburnu və s.) D vitamin (balıq yağı, kərə yağlı pendir, yumurta sarısı, qaraciyər və s.), E vitamini (bitki yağları, yumurta sarısı, göy noxud, kahı, qarğıdalı, qaraciyər və s.), C vitamini (göy soğan, kələm, kahı, pomidor, qarağat, çiyələk, itburnu, limon, portağal, alma və s.),  B qrupu vitaminləri (qaraciyər, mal əti, qara çörək, qoz, vələmir, arpa, qarabaşaq yarması və s.) qəbul edilməlidir. 

❗ Bütün bunlarla yanaşı bol su qəbulu qidalanma prosesinin nizamlanması üçün vacibdir. 

💡https://rexshendeaslanova.az/

🏤Baku Medikal Plaza Mərkəz filialı.

📱050 226 25 85 (WhatsApp)