Hamiləliklə və dünyaya yeni gəlmiş körpələrlə bağlı maraqlı faktlar
• Hamilə qadınlar iylərə daha həssas olur
• Keysəriyyə yolu ilə ana olmaq son 10 ildə 40% artıb
• Gələcək uşağın ətrafındakı suda olan duz okean suyundakı ilə eynidir
• Uşaq hələ ana bətnində baş barmağını sorur
• Yalnız 10% uşaqlar vaxtında dünyaya gəlir.
• Uşaq 37-ci həftədən tez dünyaya gəlirsə erkən, 43-cü həftədən gec dünayaya gəlirsə gec doğum sayılır
• Ən çox çərşənbə axşamı, ən az isə şənbə və bazar günləri uşaq dünyaya gəlir
• Ən çox yay vaxtı uşaqlar dünyaya gəlir
• Ən çox çəkili uşaq 1955-ci ildə italyan ailəsində dünyaya gəlib – 10 kq 340 qr
• Liliputların uşaqları normal boyda dünyaya gəlir
• Süni mayalanma ilə dünyaya gələn ən çox uşaq Avstraliyada yaşayır
• Koreyada ana bətnində olandan uşağın yaşı sayılır. Uşaq anadan olanda başqa ölkələrdə yaşayan həmyaşıdlarından 1 yaş böyük olur
• Yeni doğulan uşaq anasının səsini başqa səslər içindən seçə bilir
• Dünyaya yeni gələn körpə yaşıl və qırmızı rəngləri görür. Göy rəngi görmür.