Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

💉Amniosentez nədir?

🚩Amniosentez hamiləliyin 16-20-ci həftələri arasında dölün su kisəsinin içinə daxil olaraq, 18-20 ml amnion mayesi götürülməsinə verilən addır.

🚩Amniosentezin edilmə səbəbi döldə xromosom 🧬 pozğunluğu riskinin yüksək olduğu hallar və ya mümkün bir genetik xəstəliyin aşkar edilməsi ilə bağlıdır.

⁉️Kimlərə amniyosentez edilir?

▪️Üçlü testin cavabından asılı olaraq yaşı 35 -dən yuxarı olan hamilələrə;

▪️Ailəsində daun sindromu olan hamilə xanımlara;

▪️Əvvəlki doğumlarda daun sindromlu övlad dünyaya gətirən hamilələrə;

▪️Hamiləlik zamanı üçlü və ikili yoxlama testinin nəticəsi normanın üzərində olduğu hallarda;

▪️Hamiləlik zamanı, məxmərək, CMV və ya herpes kimi infenksiyaların müəyyən edilməsi məqsədi ilə;

▪️Hemofiliya kimi irsi keçən xəstəliklərin müəyyən edilməsi və ya eritroblastosis featalis (anemiya, sarılıq, qarındakı ödəm və s.)  kimi qan xəstəliklərində;

▪️Bir sıra fetal pozuntuların tibbi müalicəsində və digər hallarda hamilələrə amniosentez tətbiq edilir.

✅ Amniosentezin tətbiqi bətndəki dölün xromosom təhlilini aparmaq, metabolizm xəstəliklərini araşdırmaq, körpənin ağciyər inkişafını təyin etməklə yanaşı, bəzən də hədsiz miqdarda olan, hamiləliyə ziyan verə biləcək olan amnion mayesini azaltmaq məqsədi ilə də həyata keçirilir.

🚩 Amniosentez təxminən 10-15 dəqiqə çəkən bir prosedur olsa da, doğru həyata keçirilmədiyi zaman düşük riskləri ola bilər. Ona görə də prosedurun peşəkar həkim tərəfindən həyata keçirilməsi vacibdir.

💡https://rexshendeaslanova.az/

🏤Baku Medikal Plaza Mərkəz filialı.

📱050 226 25 85 (WhatsApp)