Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

📍Amenoreya (aybaşının olmaması) nədir??

❗Amenoreya reprodukkktiv yaş dövründə olan xanımlarda (16-45 yaş) 6 ay və daha çox müddətdə aybaşının olmamasıdır. 

✌️Amenoreyanın iki növü (yalançı və həqiqi) var və daha çox orqanizmdə genetik, biokimyəvi, fizioloji, psixoloji pozğunluq zamanı özünü biruzə verir. Bəzən isə amenoreya “terner sindromu” adlandırdığımız  - cinsi orqanların inkişafdan qalması səbəbindən də yarana bilər.

🔸Yalançı amenoreya zamanı tsiklik və hormonal dəyişikliklər yumurtalıq və uşaqlıqda saxlanılır, amma anatomik maneələr səbəbindən aybaşı ifrazatı olmur.

🔸Həqiqi amenoreya zamanı isə tsiklik dəyişikliklər və aybaşı qanamaları olmur. Fizioloji və patoloji səbəblərdən yarana bilər. Fizioloji amenoreya xəstəlik hesab olunmur və orqanizmin təbii halı (hamiləlik, südvermə və s.) və ya qadınların yaş həddi periodları (uşaqlıq, menopauza) ilə bağlı olur. Patoloji amenoreya isə, orqanizmində funksional və ya orqanik pozğunluqlardan baş verir. 

🚩Əgər aybaşı yeniyetməlik dövründən baş vermirsə, bu birincili, yox müntəzəm olan aybaşı (daha çox 17 – 45 yaşları arasında) hər hansı bir səbəbdən dayanarsa, bu ikincili amenoreya hesab olunur.

🌺Müalicəsi?

✅Hər iki amenoreyanın müalicəsi onu yaradan faktorların korreksiya edilməsi və ya aradan qaldırılması ilə həyata keçirilir. 

🚩Birincili amenoreyalı pasientdə “terner sindromu” aşkar edilibsə, ömürlük əvəzedici hormonal terapiya (estrogenizasiya) göstəriş sayılır. Qız uşaqlarında fiziki və reproduktiv inkişafda ləngimə olduqda əzələ və piy kütləsinin artırılmasına istiqamətləndirilmiş pəhriz və aybaşı funksiyasını stumullaşdıran hormonal müalicə təyin olunur. Əgər anatomik səbəblərdən yaranırsa, cərrahi yolla maneə aradan qaldırılır.

🚩İkincili amenoreyanın müalicəsində isə bəzi hallarda həyat tərzini dəyişməklə (düzgün qida rejimi, istirahət, psixo-emosional faktorlar və s.), bir çox halda isə peşəkar tibbi müdaxilə ilə aradan qaldırılır.

💡https://rexshendeaslanova.az/

🏤Baku Medikal Plaza Mərkəz filialı.

📱050 226 25 85 (WhatsApp)