Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

TORCH infeksiyaları haqqında?

🚩TORCH hamiləlik zamanı ilkin olaraq yoxlanılması vacib olan infeksiyalar qrupudur. Bir neçə yoluxucu xəstəliyin adından ibarət (T-toksoplazma, O-other (ing.“digərləri”) yəni sifilis, xlamidiya və s.,  R-rubella, C-CMV, H-herpes) akronim olan TORCH infeksiyaları hamilə xanımlarda xəstəliyə səbəb olur və hamiləliyin mərhələsindən asılı olaraq  dölün inkişafına çox ciddi 🆘 zərərlər verə bilir. Ona görə də hamiləlik planlaşdırıldığı zaman həkim ilkin olaraq TORCH infeksiyaları testi tələb edir.

👉 TORCH testi aşağıdakı infeksiyaların mövcudluğunu təyin etməyə yardım edir:

▪️ Toksoplazma;

▪️Sifilis də daxil olmaqla digər infeksiyalar;

▪️Məxmərək;

▪️Sitomeqalovirus;

▪️Sadə herpes;

▪️Solğun treponema.

 

🚩Bu infeksiyaların ağırlaşması yarımçıq qalmış hamiləlik,ölü doğulma və ya qüsurlu doğum ola bilər.Hamiləlik palanlaşdırıldığı zaman və hamiləlik dönəmində hər 2 aydan bir yoxlanılması məqsədə uyğundur. Əgər hamiləlikdən öncə heç bir infeksiya aşkar olunmasa, rubellaya qarşı vaksinasiya məsləhət görülə bilər.

🌺Unutmamaq lazımdır ki, TORCH infeksiyanın vaxtında yoxlanılması və müalicəsi övladınızın sağlam dünyaya gəlməsi üçün vacibdir.

💡https://rexshendeaslanova.az/

🏤Baku Medikal Plaza Mərkəz filialı.

📱050 226 25 85 (WhatsApp)