Bazar ertəsi - Cümə 09.00 - 18.00, Şənbə 09.00 - 14.00
Rexshende Aslanova

Hər bir xanıma individual yanaşma işimizin əsas qayəsidir...

Uzman ginekoloq Rəxşəndə Aslanova

Cinsi istəksizliyin müalicəsi.

İnsan başqa birinə bilərək ya da bilməyərək yönləndirdiyi cinsi həyəcan nəticəsində cinsi istək ortaya çıxır nəticədə onunla cinsi münasibət yaşamaq istəyir. Əgər hər hansısa problem yoxdursa cinsi həyəcan və cinsi istək eyni vaxtda olur. Tibbi bir əsası olmadan cinsi birləşməyə qarşı laqeydlik, cinsi fantaziyaların olmaması və ya az olması, cinsi münasibəti başlatmamaq və ya  partnyorun başlatmaq istəməsinə qarşılıq verməmək hər hansısa cinsi motivə qarşı cinsi istəyin az olması və ya olmaması cinsi istəksizlikdir. Bəzi insanlarda cinsi yetişkinlik dövründən istəksizlik yaşanılarkən, bəzilərində isə sonrdan ortaya çıxmışdır. Cinsi istək problemi əsasən cinsi istəkdə uyğunsuzluq, cinsi istəksizlik, cinsi diksinmə, hiperseksuallıq olaraq kateqoriya olunur. Cinsi istəksizlikdə cinsi birləşmə qabiliyyətinin olmasına baxmayaraq istək olmur. Cinsi istəksizlik müalicəsi zamanı pasiyentin yaşı və yaşam şərtləri diqqətlə incələnməlidir. Cinsi istəyi azaldan sosial, dini, psixoloji və fiziki faktorlar ayrı-ayrı analiz olunmalıdır. Bəzən cinsi istəksizlik tək, bəzən isə başqa problemlərin (ailədə münaqişələr, depressiya, münasibətin bitirilməsi və sair ) varlığı ilə davam edir. Cinsi istəksizlik zamanı ağrılı cinsi münasibət, orqazm olabilməmək, tez boşalma kimi problemlər də yaşanıla bilir.

Cinsi istəksizliyin etiologiyasına baxdığımızda yaş, ümumi sağlamlıq porblemləri, yaşanılar xoş olmayan cinsi münasibətlər, evlilik və ailə problemləri, depressiya, din,  inamsızlıq, günahkarlıq duyğularnın əsas faktorlar olduğunu görürük. İstəksizlik yaşayan və müalicə olmaq istəyən pasiyetnlərin əvvəlcə hormonal, doğum və ya menapauza və əgər istifadə edirsə dərmanların təsiri ilə əlaqəli həkim tərəfindən dəyərləndirilməsi həyata keçirilir. Psixolojik olaraq düşüncə dünyasında cinsi münasibətlə əlaqəli fikirləri, özünü qorumaq mexanizmləri, depressiya və yaşanılar diğər psixoloji təsirli hadisələr incələnir. Əgər pasiyent hərhansısa xəstəlik, depressiya kimi psixiatrik diaqnoz və müalicə alıbsa ona uyğun olaraq müalicə strategiyası hazırlanır. Terapiyada cütlüyün səmərəli ünsiyyətini artırmaq, cinsi istəklərini bir birlərinə rahat ifadə edəbilmələri üçün hədəflər müəyyən olunur. Cinsi istəksizlik vakalarında lazım gəldiyində doktor tərəfindən dərman müalicəsi və cinsi münasibət üzrə terapevt tərəfindən zehni və fizioloji faktorlar üzrə addımlar atılır.

 

Phd (c) Maarif Məmmədov

Uzman Psixoloji Konsultant

Cinsi Münasibətlər üzrə Terapevt